120
12:20
21 Avqust 2019

İşlədiyi avtoservisdən "Niva"nı qaçırdı

Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib.
Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.