273
13:03
21 Avqust 2019

Hollivud ulduzu “Rembo” filminin yeni treylerini nümayiş etdirib

Məşhur Hollivud ulduzu, rejissor və prodüser Silvester Stallone “Rembo: Son qan” filminin yeni treylerini nümayiş etdirib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə aktyor özünün “Instagram” səhifəsində məlumat verib.
Bildirib ki, ekran əsəri bu il sentyabrın 20-də ekranlara çıxacaq.
Treylerdə 1980-ci illərdə ekranlara çıxan “Rembo: Birinci qan 2” filmindən istinadlar da var. Videoya əsasən, “Rembo” film epopeyasının son hissəsində baş qəhrəman yenidən qisas yoluna çıxacaq.