136
10:41
21 Avqust 2019

İsmayıllı sakinindən silah götürüldü

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, avqustun 20-də İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirəbilqasım kənd sakini Barat Əhmədovdan müvafiq sənədləri olmayan 1 ədəd “Tula” markalı, 20 çaplı, qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.