139
09:54
21 Avqust 2019

Siyəzəndə iki maşın toqquşdu: çox sayda yaralı var

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.