227
09:26
21 Avqust 2019

Residivist azərbaycanlını qarət etdi: məhkəmə QƏRARI

Tiflis şəhər məhkəməsi Azərbaycan vətəndaşına qarşı quldurluq edən kişini 8 il azadlıqdan məhrum edib.
Lent.az -ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, məhkəmədə sübut olunub ki, mühakimə olunan 2018-ci il avqustun 4-də Tiflisdəki Vağzal meydanında Azərbaycan vətəndaşına yetkinlik yaşına çatmayan bir nəfərlə hücum edib. O, həmin şəxsi bıçaqla hədələyərək 876 lari (301 dollardan çox) dəyərində şəxsi əşyalarını alaraq hadisə yerindən uzaqlaşıb.
Polis əvvəllər məhkumluq həyatı yaşayan həmin şəxsi və yetkinlik yaşına çatmayanı 2018-ci il avqustun 7-də Tiflisdə saxlayıb onlara qarşı ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan şəxs valideynlərinin nəzarətinə verilib.