176
00:33
21 Avqust 2019

İtaliya prezidenti baş nazirin istefa ərizəsini qəbul edib

İtaliya prezidenti Serco Mattarella baş nazir Cüzeppe Konteninistefa ərizəsini qəbul edib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, baş nazirlə prezident arasında 15 dəqiqəlik görüş də olub.

Qeyd edək ki, C.Konte onun qurduğu hökumətin işinin bitdiyini və vəzifəsindən istefa verəcəyini elan etmişdi.Onun sözlərinə görə, yaxın vaxtlarda istefa ərizəsinin qəbul edilməsi üçün ölkə prezidenti Serco Mattarellaya müraciət edəcək. Baş nazirin belə bir addım atması İtaliyadakı siyasi böhran və hakim koalisiyanın dağılması ilə əlaqələndirilir. O, həmçinin bildirib ki, böhran İtaliyaya ciddi risklər vəd verir və onu çıxılmaz vəziyyətdə qoyacaq.

Konte öz müavini – daxili işlər naziri Matteo Salvini haqqında da mənfi fikirlərini bölüşüb.

“Daxili işlər naziri öz öhdəliklərini pozub, şəxsi və partiyasının maraqlarını güdür, siyasi məsuliyyətsizliklərə yol açır”, - deyə Konte qeyd edib.