147
23:28
20 Avqust 2019

Ermənilər Ağdamın Güllücə kəndində yanğın törədib

Erməni hərbi birləşmələrinəzarət etdikləriAzərbaycan torpaqlarındayenidən yanğın törədib.

APA -nın Qarabağ bürosunun xəbərinə görə, alovAğdamın işğal altında olan Güllücə kəndi ərazisində meydana gəlib.

Kəndin ərazisində başlayan yanğın daha sonra xarabalığa çevrilən digər ərazilərə yayılıb. Hazırda yanğın həmin istiqamətdəkibütün yaşayış məntəqələrindən müşahidə olunur.