142
09:15
21 Avqust 2019

Zəvvarlarımız bu gündən Vətənə dönür

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan zəvvarlarımız bu gündən Vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndəsi Lent.az -a bildirib ki, avqustun 21-22-i, 24-25 tarixlərində zəvvarlar Vətənə qayıdacaq: “Zəvvarları gətirən ilk təyyarəmiz avqustun 21-i səhər saat 10:00-da uçacaq. Saat 14:20 də Bakıda olması nəzərdə tutulub. Son təyyarə isə avqustun 25-də uçacaq. Gecə saat 9:00-da Bakıya çatması gözlənilir”.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər gedib.

Zəvvarların gediş-gəlişi təyyarə vasitəsilə həyata keçirilib.