390
12:35
20 Avqust 2019

Elvin ailəsi ilə istirahətdə - FOTO

Müğənni Elvin Abdullayev də yay istirahətinə yollananlar siyahısına daxil olub.

Lent.az xəbər verir ki, o, ailəsi ilə birlikdə Qaxa yollanıb. Elvin bildirib ki, bu dəfə özü üçün fərqli istirahət növü seçib:

"Hər il Antalya, Bodrum, gürcüstan və digər yerlərə istirahətə yollanırdım. İndi qərar verdim ki, Azərbaycanın bölgələrini gəzim. İlk olaraq ata-baba yurdum Qaxa gəldim. Yaşıllıq, gözəl təbiət qoynunda istirahət tam başqa olur. Öz vətənimin gözəl təbiətini isə heç yerdə tapa bilmərəm".

Elvin yeni mövsümə hazırlaşdığını da söyləyib.O bildirib ki, sentyabrdan sevənləri üçün bir neçə mahnı təqdim edəcək. (axşam.az)