209
12:48
19 Avqust 2019

Görkəmli bəstəkarın xatirəsi yad olunacaq

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.
Lent.az bildirir ki, tədbirdə müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanan Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən videofraqmentlər nümayiş olunacaq.
Həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı da ziyarət olunacaq.