145
12:02
19 Avqust 2019

Ölümlə nəticələnən daha bir yol qəzası - Biləsuvarda

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayonun Zəhmətabad kənd sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Salman oğlu Cəfərov naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.