200
12:00
19 Avqust 2019

Bakıda “BMW X5”lə vurulan piyada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Səfərəlizadə Rasim Qasım oğlu idarə etdiyi “BMW X5” markalı, 90-NX-191 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən 40-45 yaşlarında, naməlum kişini vuraraq ağır bədən xəsarəti yetirib.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.