590
10:17
19 Avqust 2019

Əməkdar artist ATV-dən getdi - SƏBƏB

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.
Lent.az -a Axşam.az-a istinadən xəbər verir ki, "Məlahətli söhbətlər" adlı proqramla ATV-də tamaşaçıların qarşısına çıxan aktrisa kanal dəyişdirib.
O, bundan sonra "Məlahətli dəqiqələr" adlı proqramı ilə "Mədəniyyət" kanalında tamaşaçıların qarşısına keçəcək. Abbasova artıq yeni mövsüm üçün verilişlərin çəkilişlərinə başlayıb.
Qeyd edək ki, Türkiyədə yaşayan aktrisanın verilişində yerli şou-biznes nümayəndələri ilə yanaşı, türk ulduzları da qonaq olurdu.