179
22:56
18 Avqust 2019

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyathadisəsi Hənifə Ələsgərovvə Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman yol nişanın tələbini pozaraq "Nissan markalı" avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Avtoqəza ilə əlaqədarəraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.