955
19:05
18 Avqust 2019

Bu rayonlara yeni polis rəisləri təyin olundu

Xaçmaz və Xızı rayon Polis Şöbələrinə yeni polis rəisləri təyin olunub.
APA -nın şimal bürosunun verdiyi görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub.
Suraxanı rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev Xızı RPŞ-nin rəisi olub.