256
15:06
18 Avqust 2019

İŞİD məsuliyyəti üzərinə götürdü: toydakı terrorla bağlı yeni xəbər

İŞİD terror təşkilatı dünən Kabildə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
APA -nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, avqustun 17-də Kabildə toyda törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışı terrorçu-kamikadzenin törətdiyini açıqlayıb.