305
14:54
18 Avqust 2019

Azəraycanda AĞIR QƏZA: 5 yaralı

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi görə, hadisə Gəndob-Yalama yolunun rayonun Qaradağbuduq kəndində qeydə alınıb.
Nurəddin Nifətliyevin idarə etdiyi "Ford" markalı yük maşını ilə İsmayıl Umudovun idarə etdiyi "Vaz" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.