448
13:31
18 Avqust 2019

Tanınmış azərbaycanlı şair vəfat etdi

Şair Oqtay Rza (Oqtay Rzalı Məhəmməd oğlu) vəfat edib.
Bu barədə APA -ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
O.Rza bu gün günorta saatlarında vəfat edib.
Qeyd edək ki, Oqtay Rzalı Məhəmməd oğlu 1934-cü ildə Salyanda anadan olub. "Torpağı dinləyirəm", "Ürəyi oxuyun" və başqa kitabların müəllifidir.
Allah rəhmət eləsin.