380
11:25
18 Avqust 2019

Ağır çəkili insanı 8-ci mərtəbədən FHN endirməli oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub.
Lent.az -ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.