220
22:54
17 Avqust 2019

Bakıda maşın vuran piyada xəstəxanada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, Nizami rayon ərazisində 1993-cü il təvəllüdlü Əliyev Artyom Fərrux oğlunu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.