330
22:02
17 Avqust 2019

Tankçılarımız Rusiyada 24 ölkə arasında 4-cü oldu - FOTO

Rusiyada V Beynəlxalq Ordu Oyunları başa çatıb.
Rusiya daxil olmaqla 10 ölkədə keçirilən oyunlara Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutan “Tank biatlonu” müsabiqəsi ilə yekun vurulub.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, müsabiqənin finalında Azərbaycan , Rusiya, Belarus və Qazaxıstan komandaları mübarizə aparıblar.
Müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə “Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub.
Müsabiqənin final mərhələsini Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib.
Bundan öncə isə Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə bilrlikdə Alabino poliqonunda açılan Dostluq Evindəki Azərbaycan pavilyonu ilə tanış olublar.
Daha sonra V Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçirilib.