171
16:28
17 Avqust 2019

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

APA -nın məlumatına görə, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb.

15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.

“Azərbaycaan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA -ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.

Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.