215
12:55
17 Avqust 2019

Oğuzda qətl: şübhəli şəxs ələ keçdi

Oğuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, hadisə avqustun 16-da rayonun Bucaq kəndi ərazisindəbaş verib. Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.