622
20:52
16 Avqust 2019

Tanınmış alim Pənah Xəlilov vəfat edib

BDU-nun professoru, tanınmış alim,ədəbiyyatşünas, tənqidçi və tərcüməçiPənah Xəlilov 94 yaşında vəfat edib.

APA -nınxəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

"Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib.1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub