230
17:43
16 Avqust 2019

Taksi sürücüsü sərnişinin pulunu oğurladı - FOTO

Qusarda pul oğurlayan taksi sürücüsü həbs edilib.
Daxili İşlər Nazirliynin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az -a verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar rayon Polis Şöbəsinə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib.
Həmin sürücü Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.