617
17:38
16 Avqust 2019

Bacı-qardaşın itkin düşməsinə görə bir qadın tutuldu - RƏSMİ

Bakıda itkin düşən bacı-qardaş tapılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA -ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən 7 yaşlı Mirzəyev Rahil Rahim oğlu və 6 yaşlı Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
İctimai təhlükəli əməldə şübhəli bilinən qadın tutularaq istintaqa təhvil verilib.