1202
19:36
16 Avqust 2019

Azərbaycanlı müğənniyə 35 min manat “atdılar”

Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.
Lent.az -ın axşam.az-a istinadən xəbərinə görə, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.
Müğənni ustadan polisə şikayət edib.
Rahidə Baxışova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib:
“Hadisə 5 ay bundan əvvəl olub. Həmin tikinti şirkətini bir müğənninin səhifəsində gördüm, reklam edirdi. Mən də evimi təmir etmək istəyirdim, onlarla razılaşdıq. Amma başıma bu hadisə gələndən sonra öyrəndim ki, şirkət bir çox insana qarşı bu əməli edib. Şirkətə 5 aydır ki, zəng edirəm. Bu gün-sabah deyib vaxtı uzadırlar. Demək olar ki, bir adam oturaraq şirkət qurub, bu cür işlərlə məşğul olur. Heç kəs pulu havadan qazanmır. Mən uşaqlarımın boğazından kəsib evimi təmir etmək istəyirdim. Bu mövzunu çox qabartmaq istəmirəm, Əgər belə bir niyyətim olsaydı, həmin şirkət barədə instaqram səhifəmdə paylaşım edərdim”.