224
16:07
16 Avqust 2019

Sərhədçilər 150 mütəşəkkil dəstəni zərərsizləşdirib - RƏSMİ

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri 10 min 989 sərhəd pozucusunu, 160 min 428 nəfər rejim pozucusunu, 37 min 789 nəfər axtarışda olan şəxsi saxlayıb.
APA -nın məlumatına görə, bunu bu gün Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu illər ərzində Dövlət Sərhəd Xidməti Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının əməkdaşlığa cəlb etdiyi 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaşı aşkar edib, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxsi saxlanıb, 388 nəfərin şəxsiyyəti müəyyən edib.
Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.