526
15:47
16 Avqust 2019

Azərbaycanda şairə vəfat edib

Azərbaycanlı şairə Rahilə Dövran (Rahilə Vəli qızı Əliyeva) vəfat edib.
Lent.az bildirir ki, bu haqda mərhumun rəfiqəsi Təranə Əliyeva məlumat verib.
Rahilə Dövran 1958-ci ildə Naxçıvanın Qaraçuq kəndində doğulub. İlk təhsilini Qaraçuq kənd məktəbində alıb. R.Dövran Azərbaycan Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinin biologiya ixtisası üzrə tam kursunu bitirib. Onda poeziyaya həvəs gənc yaşlarından oyanıb. Şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunmuş, bir neçə şeirinə mahnı bəstələnmişdir.