130
11:57
16 Avqust 2019

Qaz xəttinin zədələnməsi iki rayonu qazsız qoydu

Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.
Bu barədə Lent.az -a Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Xəbərə görə, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.
Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.