156
11:45
16 Avqust 2019

İsmayıllıda meşədə narkotik əkən gənc saxlanılıb

İsmayıllı rayonunda narkotik bitkilər becərən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb. Davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ. Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.