274
10:49
16 Avqust 2019

“Qarabağ”ın futbolçusu Fransa klubuna keçə bilər

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan karyerasını başa vura bilər.
APA -nın Fransa mətbuatına istinadən məlumatına görə, 28 yaşlı oyunçunun yenidən bu ölkəyə qayıtmaq şansı yaranıb.
A. Zubirə ötən mövsüm Liqa1-i tərk edən “Genqam” “elçi” düşüb. Vinger axtarışında olan komanda qısa müddətdə Mərakeş əsilli futbolçunu heyətində görmək arzusundadır. Bu məqsədlə “Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun hazırda Bakıda olduğu da bildirilir. Onlar “Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etməkdə maraqlıdırlar.
Qeyd edək ki, A. Zubir “Qarabağ”a Fransanın “Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdur.