280
10:00
16 Avqust 2019

“Real”ın prezidenti Neymarı almaq üçün kredit götürdü

“Real”ın prezidenti Florentino Peres PSJ-nin braziliyalı hücumçusu Neymarın keçidini rəsmiləşdirmək üçün bankla kredit götürməklə bağlı razılaşıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, İspaniya klubu məhz həmin kreditlə Neymarın transferi üçün Fransa klubu sövdələşməni yaxın günlərdə yekunlaşdıracaq.
Məlumata görə, braziliyalının agenti Pinxas Zaxavi Peresə Neymarın “Santyaqo Bernabeu”ya gəlmək haqda düşündüyünü çatdırıb. Bundan əvvəl bildirilirdi ki, PSJ Neymarın əvəzinə Madrid klubunun iki yarımmüdafiəçisini – Vinisius Junior və Luka Modridi əldə etmək istəyir. Ancaq “Real” 20 yaşlı braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırmağa hazır deyil. Əvəzində PSJ-yə Qaret Beyl və Xames Rodriqesi təklif edib.