122
09:21
16 Avqust 2019

Xaçmazda iki “Jiquli” toqquşdu: Ölən var

Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobili toqquşub.
Lent.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, qəza zamanı yaralanan Quba rayonu, Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 26 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, Elman Babayevin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada hazırda yalnız Xəzər Ələkbərovun (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası) qaldığı bildirilir.