186
17:33
15 Avqust 2019

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir olunacaq

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir ediləcək.
APA -nın məlumatına görə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Tenderin qalibi “Arch Style” MMC olub. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün “Arch Style” MMC-yə 212 min 400 manat ödəyəcək.