297
16:21
15 Avqust 2019

Marşrut avtobusuna hücum: sürücü döyüldü

Bakıda marşrut avtobusuna hücum olub.
APA -nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.
Faktla bağlı araşdırma aparılır.