282
14:23
15 Avqust 2019

“Neftçi” bugünkü oyunda daha şanslıdır

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Bney Yehuda” (İsrail) - “Neftçi” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
APA -nın məlumatına görə, bukmeker kontorları Bakı klubunu şanslı sayırlar.
Petah Tikvada "Ha Moşava" stadionunda bu gün baş tutacaq matçda “Neftçi”nin qələbəsi 2,46, məğlubiyyəti 2,85 əmsaldır. Matçda heç-heçəyə 3,42 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə isə 2:2 hesabı ilə başa çatıb.