152
10:43
15 Avqust 2019

"Zeytunluq"da ağac kəsilməyib - RƏSMİ

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub.

Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.