346
11:44
16 Avqust 2019

Keçmiş məhkum 42 yaşlı kişini yumruqla qətlə yetirdi - YENİLƏNİB

Zaqatalada baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Bəzi iddialara görə, Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb. Bu iddialar istintaq orqanı tərəfindən araşdırlır.
15 avqust, 09:37
Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini bir yumruqla qətlə yetirib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 37 yaşlı Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Mübahisə zamanı K.Kərimov T.Hacıyevin baş nahiyəsinə yumruq zərbəsi vurub. T.Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli sayılan K.Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K.Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.