304
10:53
15 Avqust 2019

Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapıldı - YENİLƏNİB

Gürcüstanın Svaneti rayonunda itkin düşən turistlərdən ikisi ölü, biri isə yaralı tapılıb.

APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, qurumun xilasediciləri itkin düşən turistləri Tetnuldi zirvəsində tapıb. Yaralı şəxsin vəziyyətinin ağır oldu bildirilib.
Turistlərin ölüm səbəbi açıqlanmayıb.

10:26

Gürcüstanın Svaneti rayonunda üç Belarus vətəndaşı itkin düşüb.

APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gecə qurumun “112” qaynar xəttinə turistlərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra onların axtarışına başlanılıb. Bu gün səhər isə axtarış işlərinə qurumun helikopteri cəlb edilib. İtkin düşən turistlərin hər üçünün qadın olduğu bildirilib.
Məlumata görə turistlərdən ibarət qrup düşərgə yerinə qayıdarkən, belaruslu turistlər qrupdan ayrılıblar və daha sonra onları görən olmayıb.