311
18:50
14 Avqust 2019

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır: müəyyən edilib ki...

AMEA-nınakademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparırlar.

İnstitutdan Lent.az -a verilən məlumata görə, mütəxəssislər Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq edib, iqlim ölçmələri aparıblar.

Həmçinin ərazinin mənimsənilməsi imkanları araşdırılıb, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahildə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac olduğu müəyyən edilib.