1194
17:50
14 Avqust 2019

Azərbaycan-Gürcüstan sərhədində problem yaranıb

“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində texniki nasazlıq yaranıb.
Dövlət Sərhəd Xidmətindən APA -ya verilən məlumata görə, avqustun 14-də saat 17:00-da “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində “İdarələrarası Avtomatlaş­dırıl­mış Məlumat-Axtarış Sistemi”ndə (İAMAS) baş vermiş texniki nasazlıq səbəbindən şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışında gecikmələr yaranıb.
Hazırda sistemdəki texniki nasazlığın aradan qaldırılması məqsədilə İAMAS-ın operatoru olan “İdrak” şirkətinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilir.