112
17:31
14 Avqust 2019

Siyəzəndə yanğın: magistral qaz kəməri yanğından mühafizə olundu

Siyəzəndə yanğın olub.
Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Eynibulaq kəndində ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdan keçən magistral qaz kəməri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.