187
16:43
14 Avqust 2019

Bakı klubu avrokubokda hər iki oyununu səfərdə keçirəcək

Qadın həndbolçulardan ibarət “Azəryol” klubunun avrokubokdakı oyunlarının vaxtı dəqiqləşib.
APA -nın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq.
Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. “Azəryol”in “Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq.