133
15:40
14 Avqust 2019

Beyləqanda bıçaqlanma ölümlə nəticələndi

Avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıblar.