288
15:23
14 Avqust 2019

Günəşin dəridə yaratdığı ləkələr, çillər... – Dermatoloqla MÜSAHİBƏ - VİDEO

“Günəş bizim üçün vaz keçilməz enerji qaynağıdır. Dəridə D vitamininin əmələ gəlməsi üçün Günəş enerjisi başlıca amildir. D vitamini bizim müqavimətimizin, immun sistemimizin güclənməsində əsas vitamin sayılır və bizim xəstəliklərə qarşı daha dözümlü olmağımızı təmin edir. Amma biz Günəşli havada düzgün qalmasaq, onun xeyrindən çox ziyanları ilə üzləşmiş olarıq”.
Bunu e-tibb.az-a video müsahibəsində dermatoloq, uzman həkim Şikar Hüseynov deyib.
Dermatoloq, Günəşin dəriyə mənfi təsirləri - yanıqlar, allergik dermatit, dəri xərçəngi, dəridə yaranan kosmetik ləkələr, fotoyaşlanma, eləcə də Günəş qoruyucu kremlər və s. barədə sualları cavablandırıb.