241
15:03
14 Avqust 2019

Narkotik qəbul edib küçədə öldü

Bakıda küçədə kişi meyiti tapılıb.
APA -nın məlumata görə, araşdırmalar zamanı paytaxtın Yasamal rayonunda küçədə meyiti tapılan şəxsin, 38 yaşlı Xəlfəyev Emil Nağı oğlu olması müəyyən edilib. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.