129
15:12
14 Avqust 2019

"Jiquli"ni aşırdı: Arvadı öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb.
Nəticədə R.Həsənovun sərnişinlərindən, həyat yoldaşı Zeynəb hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.