233
13:23
14 Avqust 2019

Səfir: “Fələstin və Qarabağla bağlı mövqeyimiz eynidir” - MÜSAHİBƏ

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandafövqəladə və səlahiyyətlisəfiri Həməd bin Abdullah bin Xudeyrinin APA -ya müsahibəsi

- Cənab səfir, Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- İki ölkə arasında münasibətlər həm dövlət başçıları, həm də xalqlar səviyyəsində öz mükəmməlliyi ilə səciyyələnir. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud və onun Vəliəhdi şahzadə Məhəmməd bin Salmanın göstərişlərinə əsasən, qardaş Azərbaycan Respublikası ilə əlaqələr inkişaf etdirilir. Beynəlxalq təşkilatlar çərçivəsində də hər iki ölkə arasında çox möhkəm əməkdaşlıq var, ölkələr daim bir-birinin maraqlarını müdafiə edir. Ölkələrimiz arasında mövcud əlaqələr İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı əlahəzrət Salman bin Əbdüləziz Əl Səud və qardaşı,möhtərəm cənab Prezident İlham Əliyevin apardıqları siyasət nəticəsində, ən yüksək mərhələyə çatıb.

- Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını necə görür?

- Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə hər hansı müdaxiləni qəbul etmir. Bizim Fələstinlə bağlı mövqeyimiz Dağlıq Qarabağ münaqişəsi ilə eynidir. Krallıq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə mövqeyini, ərazi bütövlüyü tam və qətiyyətlə dəstəkləyir.Beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalı və onu Azərbaycan Respublikasının ərazisi üzərində suverenliyinə dair hüquqlarını təmin edən sülh yolu ilə həll etməlidirlər.

- Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qeyri-neft sektorunda əlaqələr hansı səviyyədədir?

- İki ölkə arasında olan qeyri-neft sahəsindəki əlaqələr bu yaxınlarda daha da genişləndirilib. Belə ki, artıq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı və investisiya əlaqələri də daxil olmaqla bir sıra sahələr üzrə bir neçə müqavilə imzalanıb.Bu yaxınlarda iki ölkə arasında qarşılıqlı səfərlər, o cümlədən Səudiyyə Ərəbistanın Krallığının Ədliyyə nazirin Azərbaycana səfəri məhkəmə-hüquq sahəsində imzalanmış sazişlərlə nəticələnib.Hər iki ölkənin liderləri ölkələr arasındakı əlaqələrin yaxınlaşmasına böyük əhəmiyyət verirlər. Biz cari ilin 11 iyul tarixində Bakı Avrasiya Universitetində Ərəbşünaslıq Mərkəzinin açılış mərasimi qeyd etdik. Qarşıdakı dövr ərzində, iqtisadi və investisiya inkişafında iki ölkənin maraqlarını təşviq edəcək daha çox sazişlərin imzalanması müşahidə olunacaq.

- Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayında artım var?

- 2016-cı ildə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin ümumi sayı təqribən 20 min, 2017-ci ildə 40 min, ötən il isə 73 min nəfərə çatıb. Statistik göstəricilərə əsasən, bu il səfər edən turistlərin sayının təqribən 100 min nəfərə çatdığı,ilin sonuna qədər bu rəqəmin 150 min nəfərəyüksələcəyibildirilir.

- Səfərdən söz düşmüşkən, yeni qarşılıqlı səfərlər gözlənilirmi?

- Ümumiyyətlə, son aylar ərzində Səudiyyə Ərəbistanı Krallığından Azərbaycan Respublikasına 15 yüksək səviyyəlisəfər baş tutub,bu da, qardaş Azərbaycan Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini möhkəmləndirməyin vacibliyindən irəli gəlir.Azərbaycanda hər hansı beynəlxalq mühüm tədbir keçiriləndəKrallıq mütləq orda iştirak etməyə çalışır. Səudiyyə Ədliyyə nazirinin 5 gün davam edən son səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Baş Nazir, Ədliyyə naziri, Ali Məhkəmənin sədri və Baş prokuror ilə görüşlər keçirib. Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında bir sıra sazişlər imzalanıb. Xatırladım ki, bir neçə ay bundan əvvəl Azərbaycanın Ədliyyə naziriSəudiyyə Ərəbistanına səfər edib. Qarşıdan gələn iki ay ərzində yüksək səviyyəli görüşlər və səfərlər planlaşdırılır.