399
12:52
14 Avqust 2019

Temperatur yüksələcək - XƏBƏRDARLIQ

“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”.
Bunu APA -ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: “Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.